Elm və təhsil
Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
Bir sıra KİV və sosial şəbəkə platformalarında şagirdlərin dərsdən 7 gündən çox yayınmasına görə valideynlərinin 100 manat məbləğində cərimələnəcəyi barədə məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən Trend-in sorğusuna cavab verilib.
Bildirilib ki, ölkəmizdə ümumi orta təhsil icbaridir. Dövlət icbari ümumi orta təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunması və belə halların qarşısının alınması üçün tədbirlər görülməsini təmin edir.
"Valideynlərin uşaqlara təhsil verməsi bir borc olaraq müvafiq qanunvericilikdə öz əksini tapmışdır. Belə ki, övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynlərin vəzifələri kimi müəyyən edilmişdir.
Valideyn məsuliyyətinin artırılması məqsədilə müvafiq qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə valideynlərə məsuliyyət nəzərdə tutulmuşdur.
Şagirdlərin dərsə davamiyyəti təhsil müəssisələri tərəfindən nəzarətdə saxlanılır. Qanuni nümayəndə ilə aparılan iş nəticəsində şagirdin davamiyyəti təmin edilmədikdə müvafiq yerli bölməyə məlumat verilməklə, şagirdin təhsildən yayınması barədə müvafiq rayon və ya şəhər icra hakimiyyətinə və aidiyyəti hüquq mühafizə orqanlarına məlumat verilir", - deyə əlavə edilib.
Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcəyini açıqlayıb.
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır


































.jpg)

.jpg)