Sosial
Nazir müavinindən ŞAD XƏBƏR: yaşayış minimumu...
"Minimum pensiyaların və əmək haqlarının artırılması bir sıra sahələrdə ciddi artım, yaşayış minimumu standartlarına və istehlak səbətinin tərkibinə yenidən baxılması zərurətini ortaya çıxaracaq".
Bu fikirləri İctimai Televiziyanın "Diqqət Mərkəzi - Yekun" verilişində “Report”un müxbirinin sualına cavabında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin həm iqtisadi, həm sosial sahələrdə həyata keçirdiyi islahatlar kompleks xarakter daşıyır. Nazir müavini qeyd edib ki, əhalinin sosial müdafiəsi ilə bağlı bütün məsələlərə hökumət tərəfindən baxılacaq.
"Azərbaycanda yaşayış minimumu haqqında qanun qəbul edilib. Qanunun tələblərinə görə, bir sıra yaşayış minimumu ilə bağlı standartlar, minimum əmək haqqının, pensiyaların və dövlət sosial yardımının məbləği yaşayış minimumu ilə əlaqəlidir. Hər il yaşayış minimumu Milli Məclis tərəfindən təsdiq olunur".
Nazir müavini vurğulayıb ki, mövcud qanunvericiliyə görə, istehlak səbətinin tərkibinə hər üç ildən bir dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə yenidən baxılır.
"Bu məsələdə iki parametr əsas götürülür: Birincisi, səbətin çeşidi, yəni səbətə daxil olan məhsulların insanın fiziki tələbatını ödəməsi. İkincisi, səbətə daxil olan məhsulların dəyərinin müəyyən olunması. Əlbəttə hökumətdə bu istiqamətdə işlər görülür. Zərurət yaranacağı halda, yaşayış minimumu məbləğinə və istehlak səbətinin dəyərinə yenidən baxılacaq".
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
