Sosial
Şuranın maliyyələşdirdiyi layihə ən ucqar kəndlərdə
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Kənd yerlərində ailə turizmin inkişafının təşviqi” layihəsinə Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən iyunun 1-dən etibarən start verilib. Layihə avqustun 30-a kimi davam edəcək.
Publika.az xəbər verir ki, layihə turizm baxımından əhəmiyyətli və cəlbedici olan Azərbaycan Respublikasının ən ucqar yaşayış məntəqəsi olan Quba rayonunda yerləşən, dəniz səviyyəsində 2360 metr yüksəklikdə olan Xınalıq, 2200 metr yüksəklikdə olan Qrız və Girdah kəndlərində icra olunur.
Layihənin məqsədi kənd yerlərində ailə turizmini inkişaf etdirmək, fərdi evlər tərəfindən təklif olunan xidmətlərin sayını artırmaq və keyfiyyətini yaxşılaşdırmaqdır. Həmçinin kənd əhalisinin məşğuliyyətinə dəstək olmaqla əl işlərinin satışına şərait yaratmaqdır.
Qədimliyi, tarixi və mədəniyyəti baxımından Xınalıq və Qrız kəndləri, füsunkar təbiəti baxımından isə Girdah kəndi həm yerli, həm də xarici turistlərin ən çox səfər etdiyi ərazilərdir. Bu kəndlərdə turistlərə xidmət fərdi evlərdə göstərilir, yəni kənd şəraitində fərdi ev sahibləri öz yaşadıqları evlərdə turistlər üçün müəyyən müddətə istirahət etmək və gecələmək imkanı yaradırlar.
Layihə müddəti ərzində Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələri, layihə rəhbəri və Dövlət Turizm Agentliyin Şimal bölgə əməkdaşları ilə birgə 17-18 iyul tarixlərində Xınalıq və Qrız kəndlərinə səfər etmiş, ailə turizmi ilə məşğul olan fərdi evlərə baxış keçirmiş, ev sahibləri ilə xidmətlə bağlı müəyyən məsələlər müzakirə etmişlər. Dövlət Turizm Agentliyin əməkdaşı tərəfindən dünya ölkələrinin bu sahədəki təcrübələri barədə ətraflı məlumat verilmiş, xidmətin keyfiyyətini yaxşılaşdırmaq və turist məmnunluğunu əldə edilməsi ilə bağlı müəyyən tövsiyələr verilmişdir.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub







.jpg)



.jpg)



.jpg)
.jpg)

















.jpg)




