Sosial
“Yeni Üfüq” Qurban bayramını əsgər və zabitlərlə keçirdi - FOTO
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ənənəvi olaraq Müqəddəs Qurban bayramı münasibəti ilə ənənəvi olaraq Ağdam, Tərtər rayonları ərazisində məskunlaşan məcburi köçkünləri, şəhid, qazi ailələrini, aztəminatlı ailələrə və eləcə də cəbhə xəttində xidmət edən əsgər və zabitləri ziyarət edib.
Birlikdən Publika.az-a verilən məlumata görə, təşkilatın sədri Sevinc Əzimbəyli keçirdiyi görüşlərdə Ağdamda, Tərtərdə qazi və şəhid ailələrinin iştirak etdiyini bildirib: “Hər il ənənəvi şəkildə təşkilatımız tərəfindən regionlarda və paytaxtda Müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə aksiyaları həyata keçirir. Əvvəlki illərdə olduğu kimi bu ildə aksiyamıza verdiyi xeyirsevər dəstəyə görə qardaş Türkiyə dövlətinin Dəyanət İşləri Başkanlığına, Dəyanət Vəqfinə və Bakıdakı səfirliyinin Dini işlər üzrə müşavirliyinə təşəkkürümüzü bildiririk. Allah qarşıdakı illərdə qurbanlarımızı azad olunan Qarabağ torpaqlarında kəsməyi nəsib eləsin! Hər birimiz şahidik ki, dövlətimiz tərəfindən işğal altında olan torpaqlarımızın azad olunmasında uğurlu siyasət həyata keçirilir və inanırıq ki, tezliklə azad olunmuş doğma Qarabağımızda bayramlarımızı qeyd edəcəyik”.
Sonra görüşdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, hər bir azərbaycanlı Qarabağın işğaldan azad olunması üçün dövlətin yanında olmalıdır: “Təsadüfi deyil ki, biz bu istəklə hərbi hissələrə, əsgər və zabitlərimizin görüşünə böyük ruh yüksəkliyi ilə gəlirik. Həm də bir əminliyimiz var ki, tezliklə işğaldan azad olunan torpaqlarımıza, Qarabağımıza qayıdacağıq. O gün uzaqda deyil və tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu işğaldan azad olunmuş Xankəndində, Şuşada şanlı Azərbaycan bayrağını dalğalandıracaq”.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayon rəhbərliyi iştirak edib. M.Məmmədov çıxış edərək vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi yurd-yuvalarımızda şanlı zəfərimizi qeyd edəcəyik: “Biz hər birimiz qələbə ümidi ilə dövlətimizin və ölkə rəhbərliyinin Qarabağın azadlığı naminə apardığı uğur siyasətə dəstək verməyə borcluyuq”.
Həmçinin aksiya çərçivəsində "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin dəstəyi ilə Tərtər rayonunda N saylı hərbi hissədə qurbanlar kəsilib.
Qeyd edək ki, bayramın növbəti günündə “Yeni Üfüq” “Qurban aksiyası”nı Bakı şəhərində davam etdirib. “Cənnət” şirkətinin dəstəyi ilə paytaxtda baş tutan aksiyada 100-ə yaxın şəhid, qazi və aztəminatlı ailələrə qurban payı verilib. “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri S.Əzimbəyli “Qurban aksiyası”na verdiyi xeyirsevər dəstəyə görə “Cənnət” şirkətinin rəhbərliyinə təşəkkür edib.
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi













.jpg)


















