Sosial
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
Azərbaycanda övladlığa uşaq götürməklə bağlı yeni qaydalar tətbiq ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik Ailə Məcəlləsində övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi nəzərdə tutulub.
Mövcud qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı. Yeni yanaşma təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcək.
Eyni zamanda layihədə övladlığa götürmə prosesinin 3 mərhələdə aparılması nəzərdə tutulub. Bunlar- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi (bu mərhələnin özündə də övladlığa götürmək istəyən şəxslərlə müsahibələr və mənzil şəraitinin yaxşılaşdırılması, təlim, uyğunlaşma, müəssisədə uşaqlarla görüş və sınaq müddətində ailədə yerləşdirmə kimi alt mərhələlər olacaq) və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələlərindən ibarətdir.
Belə ki, dəyişikliyə əsasən, övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək. Belə ki, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük veriləcək.
Digər dəyişikliyə əsasən, 25 yaşdan aşağı şəxslərin övladlığa uşaq götürməsinə icazə verilməyəcək. Belə ki, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 olması təklif edilir.
Dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib. (trend)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)



















.jpg)

.jpg)