Sosial
Azərbaycana gələn amerikalı turistlərin sayı açıqlandı
Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüş keçirib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, heyətin ölkəyə səfəri ABŞ-ın Azərbaycandakı, Azərbaycanın ABŞ-dakı səfirliklərinin, “Azərbaycan Hava Yolları"nın (AZAL) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutub.
Məqsəd Bakı-Nyu-York reysinin fəaliyyətinə təkan vermək, ABŞ-da Azərbaycanın turizm potensialı haqqında məlumatlılığı artırmaq və turizm sahəsində özəl sektor nümayəndələri arasında əlaqələr qurmaqdır.
Görüş zamanı qonaqlara Azərbaycanda yəhudi irsi barədə, həmçinin ölkənin multikulturalizm siyasəti və Azərbaycan xalqının tolerantlıq ənənələri haqqında geniş məlumatlar verilib. Fuad Nağıyev tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini fərqləndirən gözəl bir ənənə halına gəldiyini bildirib. Xarici qonaqlar, öz növbələrində, ABŞ-da Azərbaycan haqqında təqdimatların keçirilməsini və ölkənin turizm potensialının təbliğinin yəhudi icması arasında genişləndirilməsini təklif ediblər.
Görüş çərçivəsində diqqətə çatdırılıb ki, Bakı ABŞ-dan Asiyaya səyahət edənlər üçün qovşaq rolunu oynaya bilər. Qeyd edilib ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 8% artım deməkdir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)

















.jpg)
.jpg)

