Sosial
Heydər Əliyev Fondu aztəminatlı ailələrə bayram sovqatları payladı - - FOTO
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılıb.
Heydər Əliyev Fondundan Publika.az-a verilən məlumata görə, dekabrın 21-dən etibarən Fondun əməkdaşları və «Regional İnkişaf» İctimai Birliyinin könüllüləri aztəminatlı ailələrə bayram sovqatları çatdırıb. Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları Bakıda və regionlarda ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu müxtəlif bayramlarda mütəmadi olaraq aztəminatlı ailələri təbrik edərək, onlara sovqatlar çatdırır. Həyata keçirilən bu cür layihələr sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)

















.jpg)
.jpg)

