Sosial
Ailəmi ölümlə hədələyirdilər, bir ay evdən... - Rəsədxananın direktoru DANIŞDI
Bu gün Şamaxı Astrofizika Rəsədxanasında İqor Kosyagin və Sergey Mironov adı altında yayılan məlumatlarla bağlı mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək bunları deyib:
“Qondarma şəxslər tərəfindən rəsədxana haqqında həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Son illərdə nail olduğumuz beynəlxalq elmi əməkdaşlıq imkanlarından yararlanaraq, rəsədxanada aparılan elmi işləri keyfiyyətcə daha yüksək mərhələyə qaldırmaq üçün çalışdığımız bir vaxtda bu cür əsassız və şər dolu ittihamlarla üz-üzə qalmağımız çox məyusedici haldır. Saxta İqor Kosyagin və Sergey Mironov adları altında fəaliyyət göstərən naməlum şəxslər və ya şəxs 15 sentayabr 2016-cı ildə ŞAR-ın direktoru tərəfindən Elmi Şuranın qəbul etdiyi qərar əsasında imzalanmış 188 saylı Əmrə istinad edərək, öz qüsurlu şərhləri ilə Azərbaycan, rus və ingilis dillərində özünün qeyd etdiyi kimi, 2000-dən artıq ünvana, o cümlədən ŞAR-ın beynəlxalq səviyyədə elmi tərəfdaşlıq etdiyi institutlar və alimlərin elektron poçt ünvanlarına, xarici ölkə səfirliklərinə müraciət ünvanlayıb. Qondarma İqor Kosyagin və Sergey Mironov aysberqin görünən hissəsidir, əslində bu əsassız ittihamlar ilk dəfə ŞAR-ın ünvanına onun keçmiş əməkdaşı Yanoş Məhərrəmov tərəfindən mediada ictimailəşdirilib. Bu faktlar artıq bir institutun imicinin zədələnməsi olmayıb, bilərəkdən saxta məlumatlar yaymaqla respublika elminin aşağılanması, ölkənin elm siyasətinə, eləcə də bütünlüklə ölkənin imicinə vurulan ağır zərbədir”.
N.Cəlilov bu mövzuya görə özünün və ailəsinin ölümlə hədələndiyini bildirib:
“Bir ay ərzində ailəm evdən çölə çıxa bilmədi. Bu müddət ərzində qardaşımın bağında yaşamışıq. Ailəmi ölümlə hədələyirdilər. Mənə deyirdilər ki, Yanoşu təcili işə götürməli, doktorluq diplomu verməlisən. Onun böhtanları 30-dan çox saytda yayımlanıb. Gecə saatlarında bura qadınlar gətirirdilər. Müəyyən çəkilişlər aparıb, bunu da mənim adımla əlaqələndiriblər”.
Daha sonra ŞAR-ın elmi katibi astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov Yanoş Məhərrəmovla bağlı konfliktin faktiki sənədlərə əsaslanan tarixçəsi barədə qonaqlara məlumat verib və bəyanatı oxuyub.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi olmuş f.ü.f.d., dosent Məhərrəmov Yanoş Mahmud oğlu gecələr rəsədxanaya əxlaqsız qadınların gətirilməsi barədə ittiham irəli sürmüşdü.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
