Sosial
Koronavirus bayram yarmarkalarını VURDU - REPORTAJ/FOTO
Artıq Novruz bayramına sayılı günlər qalıb. Bununla bağlı paytaxtda bir neçə yerdə Novruz yarmarkaları təşkil edilib ki, insanlar alış-verişi daha asan və ucuz edə bilsin.
Publika.az-ın əməkdaşları qiymətlərlə yerində maraqlanmaq, satıcı və alıcıların fikirlərini öyrənmək üçün üz tutub yarmarkalara. Yarmarkalara ayaq basan zaman koronavirusun müəyyən təsirlərini burada da hiss etməmək mümkün deyildi. Çünki insanların koronavirusa görə qapalı yerlərdən uzaq qaçması yarmarkalarda da hiss ediləcək dərəcədə idi.
Qiymətlərə gəldikdə isə, təxminən dörd nəfərdən ibarət ailə Novruz süfrəsinin hazırlanması üçün maksimum 450 AZN, minimum 180 AZN xərcləməlidir.

Hazırda Novruz bayramı münasibətilə 28 May metrosunun çıxışında 7 ədəd çadır qurulub. Bu çadırların hər birində olub, həm satıcıların həm də alıcıların fikirlərini öyrəndik.

Satıcılar məhsulların münasib qiymətlərə təklif olunmasına baxmayaraq, alıcı azlığından şikayətlənir. Bunu isə dünyanın yüzdən çox ölkəsində yayılan koronavirusla əlaqələndirir. İnsanlar virusdan ehtiyat etdiyi üçün bayramı da təmtəraqlı şəkildə keçirmək istəmirlər.

Satıcılar qeyd elədi ki, elə koronavirusa görə xaricdən məhsulların idxalı maksimum dərəcədə azaldılıb. Yalnız Gürcüstan və Özbəkistandan bəzi çərəzlər gətirilib. Qalan məhsullar isə Azərbaycanın bölgələrindən gətirilir.


Novruzun rəmzi sayılan səməninin qiyməti isə heç də qənaətbəxş deyil. Qiymətlər 2-30 manat aralığında dəyişir. Satıcılar səməninin bu qədər baha olmasını özündən çox istifadə olunmuş qabının quruluşu ilə əlaqələndirdilər. Sadə qablarda olan səmənini istənilən ölçüdə, istənilən qiymətə almaq mümkün olur. Daha çox buta formasında olan səmənilər baha qiymətə təklif olunur.



Yarmarkadakı digər məhsulların qiymətini təqdim edirik:
Qoz ləpəsi 25 manat, fındıq ləpəsi 16 manat, badam 25 manat, qoz qabıqlı 7 manat, kişmiş 8-10 mamant, meyvə quruları 12-14 manat, hind qozu 32 manat, xurma 7-9 manat, innab 10 manat, alma 3 manat, mandarin 2.50 manat, banan 2.50 manat, heyva 4 manat, armud 3.50 manat, üzüm 4 manat, ananas 4 manat, pomidor 3.50 manat, xiyar 2.50 manat.
Satıcılar qeyd etdi ki, bu il qiymətlər ötən illərlə müqayisədə kifayət qədər aşağıdır.
Alıcı azlığına görə qiymətlərdə endirimlər də edirik, hətta qiymətlərin daha da ucuzlaşacağını düşünürük.
Bundan sonra alıcıların da fikirlərini öyrəndik.

Alıcılardan biri bildirdi ki, şəhərdə bir neçə dənə yarmarkaya yaxınlaşmışam. Təəssüf ki, qiymətlər aşağı deyil. Marketlərdə çərəz və meyvələri daha ucuz qiymətə alamq mümkündür.

Başqa bir alıcı isə qiymətlərdən şikayətlənərək, yarmarkadan heç nə ala bilmədiyini dedi. Qeyd elədi ki, bayram üçün alış-veriş etməyə gəlibmiş: "Amma qiymətləri görəndən sonra fikirləşdim ki, bir gün bayram qeyd etsəm, gərək bir ay ac qalım".
Qeyd edək ki, fevralın 25-dən təşkil olunan yarmarka martın 25-dək davam edəcək.
Tağı Həsənov,
Foto: Pərviz Həşimi









-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
















.jpg)













.jpg)



.jpg)

