Sosial
1400-dən çox tənha yaşlıya evlərində sosial xidmət göstərildi
Son 3 gün ərzində Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə sosial xidmətlərin göstərilməsi ilə bağlı 11543 müraciət daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmin vətəndaşlardan 1408-nin evlərində tək yaşayan yaşı 65-dən yuxarı şəxslər olduğu müəyyən edilib.
Qeyd olunan şəxslər üçün sosial xidmətçilər təhkim edilib və onlara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb. Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilərlə yanaşı, könüllülər də bu işlərdə öz dəstəyini göstərirlər.
Hazırda yaşı 65-dən yuxarı ümumilikdə 11 minədək tənha yaşayan şəxsə bu xidmətlər göstərilir.
Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü













.png)




















