Sosial
Bu gün Quba Soyqırımı Memorial Kompleksi onlayn ziyarət olunacaq
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi ziyarətçi qəbul etməyəcək.
Bu barədə Quba Soyqırımı Memorial Kompleksinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova məlumat verib.
O bildirib ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kompleksə onlayn ziyarət təşkil olunacaq: "İnsanların sıx toplaşması qadağan edildiyindən, kompleksə feysbuk səhifəsi üzərindən səyahət etmək mümkündür. Səhifədə kompleks barəsində ətraflı məlumatlar da var”.
Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. (report)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
