Sosial
Azərbaycanda müəllimin məktəbli qıza qarşı utancverici əməlinin səbəbi - Psixoloq AÇIQLADI
Xəbər verdiyimiz kimi, aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin (təvəllüdü 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüdü 1961-ci il) 5 aylıq hamilə olduğu və kənd icra nümayəndəsi Şəfiq Əliyevin də bu məlumatı təsdiqlədiyi bildirilirdi.
Publika.az hadisə ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun mövqeyini öyrənib.

Psixoloq bildirib ki, bu tip hadisələrin artım dinamikasında əvvəlki illərə nisbətən müəyyən qədər dəyişiklik var: "Bu problemlər 100 il bundan öncə də var idi. Sadəcə olaraq bu cür hadisələr əvvəllər lokal xarakter daşıyırdı. Xəbər bu qədər yayılmırdı. Baş verən hadisələrdə həmin şəxs ərazidən çölə çıxmırdı. O ərazi ilə də məhdudlaşırdı. Hazırda istintaq prosesi getdiyi üçün ətraflı nəsə danışmaq mümkün deyil. Amma psixoloji tərəfləri haqqında bəzi detallara aydınlıq gətirmək olar. Burada hadisəyə təsir göstərən məqamlar var. Başlıca səbəb kimi qloballaşan dünyada və informasiya əsrində yaşamağımızı qeyd etməliyəm. Psixoloji problemlərin texnogen inkişaf, informasiya və ya ekoloji amillərlə bağlı formalaşdığını müşahidə edirik. İnsanlarda stressə davamlılıq azalmağa doğru gedir. Əslində bu tip informasiyaların yayılmasının tərəfdarı deyiləm. Çünki nə qədər çox yayılsa, bir o qədər şüuraltında zədələr meydana gəlir və tam olmasa da, müəyyən neqativ potensialın üzə çıxmasına təsir edir.
Artıq bundan sonra yaşlı müəllimlərə qarşı münasibət bir müddət dəyişəcək. Cəmiyyətin bir qismi onlardan qorxmağa və çəkinməyə başlayacaq. Bu da nəticə etibarilə o yaşda olan pedaqoqlarda ruh düşkünlüyü yaradacaq. Təbii ki, bir müəllimi hər kəslə eyni tutmaq absurd yanaşmadır.
Valideynlər uşaqları üçün narahat olacaq və məktəbə göndərməklə bağlı qayğıları meydana çıxacaq. Lap deyək ki, müəllim yox, bir qonşu tərəfindən törədilib. Artıq qonşuların münasibətində şübhə ortaya çıxacaq. Bir rayonda baş verən hadisə bütün Azərbaycanda narahatlıq və şübhə yaradacaq. Məsələ burasındadır ki, bu cür olayların mütəmadi işıqlandırılması oxşar hadisələrin artmasına şərait yaradır. Çox istərdim ki, bu cür hadisələr mətbuatda işıqlandırılmadan, hüquqi müstəvidə həll edilsin. Ən gözəl çıxış yolu budur. Yəni mətbuata çıxmadan belə hüquq-mühafizə orqanları tərəfindən anında reaksiya verilərək, sürətli şəkildə istintaq tədbirləri gerçəkləşməlidir ki, hansı formada üzə çıxdığı, necə baş verdiyi öyrənilsin və zəruri tədbirlər görülsün".
E.Rüstəmov qeyd edib ki, ailə bağı möhkəm olan şəxslərin belə hadisələrdən qorunması üçün alternativ çıxış yolları və imkanları geniş olur: "Araşdırmalar göstərir ki, ailədə olan münasibətlər nə qədər yaxşı olarsa, bu cür hadisələrin baş vermə ehtimalı o qədər az olur. Ailədaxili münasibətlər sağlam olduğu təqdirdə, belə hadisələrdə sığortalanma yüksək olur. Ola bilsin ki, hansısa insan çox yaxşı bir pedaqoqdur, ancaq müəyyən psixoloji problemi var. Öz sahəsində güclü olan bir şəxsin psixoloji pozuntusunu ancaq ona ən yaxın olan şəxslər görə və peşəkar mütəxəssislər sezə bilər. Bundan əlavə, insanın intellekti və dünyagörüşü nə qədər yüksək olarsa, oxşar hadisədən qorunma yolları, imkanları geniş olacaq".
Məhərrəm Əliyev
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)










.webp)













.jpg)


