Sosial
Məcburi köçkünlər üçün eyvanda canlı muğam konserti verildi - FOTO
Amansız bəşəri təhlükəyə çevrilmiş koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirlərini məcburi köçkünlər də dəstəkləyir və xalqımızın sağlanmlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq bildirirlər. Biz Dövlətimizin rəhbərlərinin tövsiyəsi ilə öz mənzillərimizdə qalmaqla sosial təcrid və karantin rejimi qaydalarına əməl edirik.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Komitənin təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində salınmış yeni yaşayış kompleksində Azərbaycan Televiziyasının təşkil etdiyi “Eyvana çıx” konsert proqramının tamaşaçısı, Kəlbəcər rayonundan məcburi köçkün, müəllim Bəxtiyar Zamanov belə deyib.
Aprelin 29-da günorta vaxtı qəsəbədəki binalardan birinin eyvanından ətrafa xoş musiqi sədaları yayılıb. Karantin rejimi dövründə həftədə üç dəfə canlı yayımlanan və geniş tamaşaçı rəğbəti qazanmış “Eyvana çıx” layihəsinin bu dəfəki iştirakçıları xalq mahnıları və muğamlarımızn mahir ifaçısı, əməkdar artisti, Ağdam rayonundan məcburi köçkün Təyyar Bayramov və oğlu Kənan olublar. Onları tarda Elnur İbrahimov, kamançada Niyaməddin Allahverdiyev müşayiət ediblər.
Konsert Kənanın ifasında “Bayatı Şiraz” muğamından bir parça ilə başlanıb. Sonra Təyyar Bayramov bir neçə xalq mahnısı ifa edib. Kənan “Qarabağ” mahnısı ilə tamaşaçıları xəyalən doğma torpaqlara aparıb. Konsertdə kompleksdə məskunlaşmış bir gəncin də ifası dinlənilib.
Bir saatdan çox davam edən konsert onu öz eyvanlarından izləyən məcburi köçkünlərdə sevinc hissi, xoş təəssürat yaradıb. Onlar xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.
Dövlət Komitəsi, ölkədə tətbiq olunan xüsusi karantin rejimində geniş populyarlıq qazanmış “Eyvana çıx” konsert proqramının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində təşkil etdiyinə görə, Azərbaycan Televiziyasına minnətdarlıq bildirib.
Xatırladaq ki, Kürdəxanıda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi ötən ilin aprelində istifadəyə verilib. Buradakı doqquzmərtəbəli 15 binada 810 məcburi köçkün ailəsi yerləşdirilib. Kompleksdə məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları var.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
