Sosial
Azərbaycanda bu sənədin onlayn qaydada verilməsinə başlanıldı
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə sahəsində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların tətbiqi və onların mobil versiyalarının hazırlanması üzrə ardıcıl tədbirlər davam etdirilir.
Publika.az xəbər verir ki, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində ötən ildən "Mobil notariat" telefon tətbiqi vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsi imkanı yaradılıb. Bu tətbiq vasitəsilə həmin xidmətlərdən qısa müddətdə on minlərlə insan yararlanıb.
Ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə mobil notariatın imkanları genişləndirilərək növbəti addım kimi, əhaliyə yeni – nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti təqdim olunur.
Bu xidmət mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxsin avtomobilin satılması, bağışlanması, dəyişdirilməsi, ipotekaya qoyulması, icarəyə verilməsi, daxili işlər orqanlarında qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması üzrə səlahiyyətlərin seçim üzrə bütünlüklə yaxud qismən digər şəxsə verilməsini təmin edir.
Yeni mobil tətbiq vasitəsilə, avtomobil sahibləri, o cümlədən ölkədən kənarda olan vətəndaşlarımız mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə dair etibarnaməni heç yerə getmədən onlayn qaydada verə biləcəklər.
Fasiləsiz rejimdə göstərilən yeni xidmətin əsas özəlliyi ilk dəfə olaraq etibarnamələrin rəsmiləşdirilməsində videoyazı vasitəsindən istifadə edilməsidir ki, bu da həmin əqdlər üzrə sui-istifadə və vətəndaşların əmlak hüquqlarının pozulmasının qarşısını almağa xidmət edir.
Etibar edən şəxsin razılığı barədə "Mobil notariat" tətbiqində aparılmış video çəkiliş aidiyyəti notarius tərəfindən yoxlanıldıqdan və etibar edən şəxs isə hüquq və vəzifələri barədə ətraflı izahlar əldə etdikdən sonra etibarnamə qanunvericiliyə uyğun qaydada təsdiq edilir.
Etibarnamələrin elektron nüsxəsi mobil tətbiqin qovluğunda saxlanılmaqla istənilən yerdə təqdim oluna bilər. Eyni zamanda verilmiş etibarnamələr təsdiq edildikdə bu barədə məlumat dərhal daxili işlər orqanlarına informasiya sistemi vasitəsi ilə ötürülür.
Bu gündən tətbiq edilən yeni xidmətdən nəqliyyat vasitələrinin mülkiyyətçiləri mobil telefonların "App Store" və "Google Play" satış platformalarından "Mobil notariat" tətbiqini ödənişsiz yükləməklə, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə rahatlıqla istifadə edə bilərlər.
Elektron etibarnamələrin verilməsi qaydası barədə ətraflı məlumat Ədliyyə Nazirliyinin “facebook” sosial şəbəkə səhifəsində yerləşdirilib.
Nizam
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq
-
Yaxın Şərq11:12
İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var
-
Magazin210:06
Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda YENİ DETALLAR - Videoya çəkiblər
-
Cənubi Qafqaz09:30
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?