Sosial
Niyazi Mehdidən gündəmi dəyişəcək TƏKLİF: "Məşhurlar soyadlarını milliləşdirsin"
"Tacikistanda soyadlarındakı rus şəkilçilərin götürülməsi bizim müstəqilliyimizin ilk illərində təşəbbüsümüzü yadıma saldı. O çağlar mən belə bir ideya irəli sürmüşdüm ki, Azərbaycanda qanunla "ov-yev"li ("ova-yeva"lı) soyadları "ov-yev"siz ("ova-yeva"sız) soyadlarına identik sayılsın. Bunun anlamı o idi ki, tutalım, şəxsiyyət vəsiqəsində və başqa sənədlərdə mən "Niyazi Musa oğlu Mehdiyev" yazılmışam, qəzetdə məqaləm Niyazi Mehdi imzası ilə çıxıb və qonorarı banka "Niyazi Musa oğlu Mehdi" adına yollayıblar. Bank bu qanuna əsasən məni dağa-daşa salmayıb ikisini də identik sayaraq qonorarımı verməlidir. İdeyam ondan ibarət idi ki, adamlar şəxsiyyət vəsiqələrini dəyişəndə həmin qanun əsasında soyadlarını asanca millilşdirsinlər".
Publika.az xəbər verir ki, bu sözləri filosof Niyazi Mehdi Tacikistanda soyad sonluqlarına "ov" və "yev" şəkilçilərindən rəsmən imtina edilməsinə münasibət bildirərkən deyib.
Filosof bildirib ki, Azərbaycanda bu mövzunun müzakirəyə çıxarılmasında "ov" və "ova" şəkilçilərindən könüllü şəkildə imtina etməyə icazə verən qanunun qüvvəyə minməsinin rolu olub: "Parlament bu təşəbbüsün əsasında qərar çıxartdı və yüzlərlə adam soyadlarını milliləşdirdi. Elə o qərar əsasında mənim ailəm də soyadlarını milliləşdirdi. Ancaq o zaman bir səhv oldu. Gərək Milli Məclisin qərarında olaydı ki, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi verən qurumlarda divardan iri şriftlərlə elan asılsın və orada yazılsın ki, siz "ov-yev"li soyadınızı "ov-yev"siz, "li" sonluqlu vairantlara dəyişə bilərsiniz. Və sənədi verən məmur da vətəndaşı mütləq bu elanı oxumağa yönəltsin.
İndi düşünürəm ki, bəlkə də bu identiklik ideyası əsasında elə soyad sonluğu tapmaq olar ki, bizi başqa türklərdən, müsəlmanlardan fərqləndirsin. Yoxsa, doğrudan da əzabdır, tutalım, Məmməd Hüseynin milliyyətcə kim olduğunu tapmaq (Vikipediyada hamı yoxdur).
Bir önəmli məsələ də bundan ibarətdir ki, identiklik qanunu əsasında azərbaycankı futbolçularımızın və başqa idmançılarımızın, musiqiçilərimizin imkanı olar ki, şəxsiyyət vəsiqələrini asanca millildəşdirsinlər və hələ milliləşdirməyiblərsə, "ov-yev"siz yazsınlar. Bu təkliflərdə, gördüyünüz kimi, könüllülük saxlanılır".
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)

























.jpg)


