Sosial
Bulvar açıldı - BU ŞƏRTLƏRLƏ
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb.
Publika.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı bildirib.

Onun sözlərinə görə, bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb: "Artıq Dənizkənarı Milli Parka giriş sərbəstdir. Ancaq təbii ki, Operativ Qərargahın tələblərinə əməl etmək şərtilə. İnsanlar ərazidə gəzərkən 1,5 metrlik məsafəni qorumalıdır. Ərazidə 10 nəfərdən artıq olmamaq şərti ilə gəzmək mümkündür. Ərazidəki kafe və restoranlar Operativ Qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək – səhər saat 08:00-dan axşam 18:00-dək. İaşə müəssisələri müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun fəaliyyət göstərəcək. Dənizkənarı Bulvar İdarəsi bu məsələləri xüsusi nəzarətdə saxlayacaq.
Parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir. Gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları isə fəaliyyət göstərməyəcək. Onların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb".
Bundan başqa, ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək: "Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq. Mütəmadi dezinfeksiya işləri aparılacaq. Bir sözlə, Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə hazırdır. Ancaq vətəndaşlar da üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Fürsətdən istifadə edərək xahiş edirik ki, Operativ Qərargahın təlimatlarına əməl etsinlər".
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





