Sosial
Bakının mərkəzindəki bu binalar söküləcək - VİDEO
Bakıda 300-dən çox sakinin məskunlaşdığı 8 yaşayış binası söküləcək.
Paytaxtın Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sərəncam imzalayıb.
Söküntü işləri aparılmamışdan öncə binalarda yaşayan sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün ödənişlər ediləcək. Artıq bir neçə sakinlə razılıq əldə edilib.
Yaşayış binalarını tikəcək şirkətin hüquqşunası Vamiq Şükürov deyib ki, binalar tam hazır olduqdan sonra sakinlər yeni mənzillərə köçürüləcək. Onlara köçürüldükləri mənzillərin kvadratından 20-25 % artıq kvadratda və təmirli mənzillər təqdim ediləcək. Bununla yanaşı, söküləcək yaşayış binalarında olan obyektlərin sahiblərinə də yeni binalardan obyektlər veriləcək.Yaşayış binalarının 2 il müddətində tikilib başa çatdırılması nəzərdə tutulub.
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO


































