Sosial
İri ticarət mərkəzlərinin açılması gündəm mövzusudur - Ramin Bayramlı
Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Aparılan əks epidemik tədbirlər öz bəhrəsini verməyə davam edir. Lakin vətəndaşlarımızın da buna töhfə verməsi vacibdir.
Müşahidələrin davam etdirilməsi zəruridir. Eyni zamanda, karantin rejiminin uzadılması müzakirə mövzusudur. Lakin bu müddətin nə vaxta qədər uzadılması statistik göstəricilər əsasında müəyyən olunacaq".
Ramin Bayramlı əlavə edib ki, hava sərhədlərinin açılması 15 iyun tarixindən mümkün ola bilər: "Yaxın əlaqələr olan ölkələrlə gediş-gəlişin bərpa olunması müzakirə olunur. Lakin bunun yaxın günlərdə bərpası düşünülmür. Eyni zamanda, Naxçıvana uçuşlar yaxın zamanda bərpa olunacaq".
Kütləvi tədbirlərin keçirilməsi məsələsinə aydınlıq gətirən TƏBİB rəsmisi iyun-iyul aylarında bu tədbirlərin keçirilməsinin məqbul hesab olunmadığını bildirib: "Lakin gələn ay iri ticarət mərkəzlərinin açılması gündəm mövzusudur. Eyni zamanda, rayonlara gediş-gəliş bərpa oluna bilər. Bununla bağlı yaxın günlərdə məlumat veriləcək. Həmçinin, çimərliklərlə bağlı TƏBİB-in metodiki göstərişləri hazırlanır".
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
