Sosial
Evdə mütəmadi kompüterlə çalışanlara XƏBƏRDARLIQ: Bunları etməyin!
Fiziki Terapiya və Reabilitasiya mütəxəssisi Hanife Düzgün Çelik koronavirus səbəbi ilə evdə mütəmadi kompüterdə işləyənlərin uzun müddət eyni vəziyyətdə qalmalarının zərərli olduğunu deyib.
Publika.az xəbər verir ki, mütəxəssis uzun müddət eyni vəziyyətdə qalmağın zərərlərindən qurtulmağın yollarını belə izah edib:
“Evdə fiziki məşqlər edərək duruş pozuntularından və ağrılardan qorunmaq olar. Duruş pozuntularının qarşısını almaq üçün uzun müddət eyni vəziyyətdə oturmamalıyıq. Oturarkən bel dəstəklənməlidir. Kompüterdən istifadə olunacağı təqdirdə biləyi dəstəkləyən maus altlığı istifadə edilə bilər. Yatarkən boyun disklərinin dəstəkləmək çox vacibdir. Yan və belüstü yatarkən dizlərin əyilməsi də önəmli nüansdır”.
Mütəxəssis bildirib ki, ayaqda durarkən baş dik, sinə ön tərəfdə olmalı, qarın içəri çəkilməli, çiyinlər isə irəli çıxmamalıdır:
“Uzun müddət evdə eyni mövqe tutmadan, vaxtaşırı məşqlər etməklə duruş pozğunluqlarından və ağrılardan qorunmaq olar. Bütün bu tədbirləri gördüyünüz təqdirdə ağrılarınız davam edərsə, fizioterapiya və reabilitasiya həkiminə müraciət etmək uyğun olar.
Bundan əlavə, telefonda vaxt keçirərkən baş və boyun çox önə əyilməməlidir. Başı önə əymə bucağı artdıqca paralel olaraq onurğamızda yük də artır. Telefonla isə çox uzun danışmamalıyıq. Əgər belə bir zərurət varsa, qulaqlıq istifadə edilə bilər. Uzun müddət telefonla danışmaq sinir gərilmələrinə səbəb olur”.
Məhərrəm
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)



















.jpg)

.jpg)