Sosial
Arif Məlikovun heykəlinin ucaldılacağı yer məlum oldu
Tanınmış bəstəkar, Xalq artisti Arif Məlikovun Bakıda heykəlinin ucaldılacağı yer məlum olub.
Bunu layihənin rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov deyib.
Onun sözlərinə görə, artıq heykəlin qoyulacağı yer seçilib və təsdiqlənib: “Heykəl Milli Konservatoriyanın bağında, binanın yaxınlığında ucaldılacaq. Abidə üzərində hələ işə başlamamışam. Gözləyirdim ki, yer təsdiqlənsin ondan sonra layihə hazırlansın. Çalışacağam ki, heykəl orjinal olsun və başqa heykəllərə oxşamasın”.
Qeyd edək ki, ötən il mayın 17-si Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. O, 2019-cu il mayın 9-da vəfat edib və Fəxri xiyabanda dəfn edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
