Sosial
“Aptek işçiləri tərli əlləri ilə pul sayıb, bizə verirlər” – ATU-nun dosentindən İRAD
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ictimai nəqliyyatda maskadan istifadə məcburi oldu. Qoruyucu maskadan istifadə etməyənlər içəriyə buraxılmamalıdır. Mən avtobusdan istifadə edirdim. İçəridə 4-5 nəfər var idi. Onlardan 3-ü maska taxmamışdı. Biri yarım formada çənəsinə taxmışdı. Çox nəzakətlə sürücüyə yaxınlaşdım və dedim ki, qaydaya görə siz onları içəriyə qoymalı deyilsiniz. Amma o cavab olaraq mənə heç nə edə bilməyəcəyini söylədi”.
Bu sözləri Publika.az-a danışan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova deyib. O bildirib ki, ictimai qınaq olmalıdır, ancaq bu mədəni formada edilməlidir:
“Avtobusda maska taxmayan sərnişinlərə yaxınlaşdım. Mənə çox kobud cavab verdilər. Onların mənə cavabı heç bir qadına yaraşmayan formada idi. Mən çox mədəni formada dedim. Biri gəldi, maskasız mənim yanımda dayandı. Dedim ki, görürsünüzmü, mən maska taxmışam, ancaq siz taxmamısınız və çoxlu boş yer var, ora gedib əyləşmirsiniz. Belə deyəndə çox kobud cavab verirlər.
Bu gün iki aptekə dərman almaq üçün getmişdim. Aptek əməkdaşlarının heç birində maska yox idi. Mədəni şəkildə iradımı bildirdim ki, əliniz masaya dəyir və buraya insanlar çox müraciət edir. Siz özünüz də yoluxarsınız. İşçilər də əməl etmir. Əlləri pula dəyir, sonra oradan da tərli əlləri ilə pul, maska və ya əlcək sayıb bizə verirlər. Bu, çox xoşagəlməz haldır”.
Mütəxəssis qeyd edib ki, sosial izolyasiya qaydalarından başqa alternativ yoxdur: “Buraya tibbi maska taxmaq, sosial məsafə saxlamaq və əl gigiyenası daxildir. Koronavirus tənəffüs infeksiyasıdır və hava-damcı yolu ilə yayılır. Sosial məsafə saxlamaq və maska taxmaq bizim borcumuzdur. Ancaq isti havalarda maska taxmaq çox çətindir. Virusa qalib gəlmək üçün çətin olsa da, qaydalara riayət etməliyik. Qapalı məkanlarda maska taxmaq məcburidir. Bəzən bunu səhv taxırlar, çənənin altına salırlar. Maskadan düzgün istifadə etmək lazımdır”.
Akqabay Mıradov
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika20 Mart 16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto
-
Nəqliyyat20 Mart 16:00Bakıda sürücüsüz nəqliyyat dövrü başlayır: Birdən-birə şəhərin küçələrinə buraxılacaq?






















.jpg)














.jpg)

