Sosial
Bu gündən bütün icazələr ləğv edildi, portalda problem yarandı - (YENİLƏNDİ)
Xəbər verdiyimiz kimi, bu gündən etibarən "icaze.e-gov.az" portalından alınan bütün elektron icazələr silinib.
Bu “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə tətbiq edilən bir sıra yeniliklərlə bağlıdır.
Fəaliyyətinə icazə verilmiş bir sır sahələrdə çalışan insanlar portaldan qeydiyyatdan keçmək istəsələr də, problemlə üzləşiblər. Onların iddiasına görə, sistem daxil edilən məlumatları tanımır.
“ASAN Xidmət”in 108 çağrı mərkəzindən isə bildirilib ki, hazırda saytda texniki problem mövcuddur və saat 12:00-dək aradan qaldırılacaq.
Amma həmin saatdan sonra da problem mövcud olub. 108 çağrı mərkəzindən bildirildi ki, hazırda "icaze.e-gov.az" portalında yenidən texniki problem yaşanıb və onun aradan qaldırılması üçün müvafiq işlər görülür.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə portalda heç bir texniki problemin olmadığını qeyd edib:
“Sistemdə problem yoxdur. Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənmələr var. Həmin şirkətlər, qurumlar bununla, xüsusi ilə də iş yerlərinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin yanında Operativ Qərargaha və İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər”. (report)
xxx
Bu gündən bütün icazələr silinəcək.
Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 3-də keçirilən brifinqində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
O qeyd edib ki, hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır.
Buna səbəb bəzi təşkilatların icazə portalından sui-istifadə etməsi səbəb olub.
Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib.
Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejimi tətbiq edilib.
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika13 May 16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13 May 16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq












.jpg)




.jpg)







.jpg)







.jpg)

