Sosial
Qanunsuz yas mərasimində iştirak edən molla ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 4 iyulda Şəmkir rayonu Aşağı Seyfəli kəndində karantin rejimi qaydaları pozularaq keçirilmiş yas mərasiminin din xadimi kimi Baxtiyar Vəliyev saxlanılmış, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnmişdir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
O qeyd edib ki Dövlət Komitəsi həmin şəxslə bağlı araşdırma aparmış, məlum olmuşdur ki, Bəxtiyar Vəliyev Şəmkir rayonu Yeni Həyat kəndində fərdi qaydada mollalıqla məşğul olur:
“Yəni o, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər hansısa dini vəzifəyə təyin edilməmişdir. Ümumiyyətlə, bildirməliyəm ki, belə hadisələrin baş verməməsi üçün Dövlət Komitəsi QMİ və Rayon İcra Hakimiyyəti başçıları yanında fəaliyyət göstərən dini komissiyalarla müzakirələr aparır və maarifləndirmədirici tədbirlər həyata keçirir.
Eyni zamanda, bu məsələ QMİ-nin də diqqət mərkəzindədir. Hələ Nazirlər Kabineti yanında Operativ Qərargah yas mərasimləri ilə bağlı qərar verməmişdən öncə, bu ilin mart ayının 5-də ölkədə bu məsələ ilə bağlı fikirini açıqlamışdır.
Din xadimlərinə yas mərasimlərində və ehsan süfrələrində iştirak etməmək tövsiyə olunmuşdur. Bundan sonra da QMİ tərəfindən bir neçə dəfə oxşar bəyanat verilmişdir. Dövlət Komitəsində olan məlumatlara görə, rəsmi din xadimləri karantin rejimi qaydalarına riayət edirlər. Lakin təəssüflər olsun ki, belə qeyri-rəsmi şəxslər bunu fürsət bilib, şəxsi mənfəətləri üçün din xadimi adına yaraşmayan hərəkətlərə yol verirlər. Koronavirisun yayıldığı yerlərdən də birinin yas mərasimləri olduğu bilə-bilə insanların sağlamlığı təhlükə altında qoyurlar”. (trend)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
