Sosial
Kapital Bank müştərilərini günvurmadan belə qoruyur - FOTO
Kapital Bank koronavirusun (COVİD-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün müştərilər üçün növbəti rahatlığı təmin edən tədbir həyata keçirib. Belə ki, havaların isti keçməsi və filiallara müştərilərin növbəli şəkildə buraxılması səbəbindən filialların önündə gündən qorunmaq üçün xüsusi çətirlər paylanılır.
Publika.az xəbər verir ki, çətirlər həm müştərilərə fərdi şəkildə təqdim edilir, həm də onların toplaşdığı yerdə kölgə yaratmaq üçün xüsusi zonalarda quraşdırılıb. Bununla da küçədə gözləyən müştərilər günəşdən qorunmaq üçün bu vasitələrdən istifadə edirlər. Artıq bir sıra filiallarda bu yenilik tətbiq olunub və yaxın günlərdə digərlərində də olacaq.
Bundan başqa, vətəndaşların sosial məsafəyə riayət etmələri üçün Kapital Bank filiallarının qarşısında xüsusi nişanlar çəkilib. Həmçinin bir sıra filiallarda müştərilərə gözləmək üçün çətirdən başqa, stullar təqdim olunur. Filiala daxil olan müştərilərdən maska taxmaq tələb olunur, onların hərarəti ölçülür və xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə edilir.
Kapital Bank bu asan olmayan vəziyyətdə bir daha müştərilərə müraciət edərək ənənəvi bank əməliyyatları üçün filiallara gəlməməyi və rəqəmsal xidmətlərdən istifadəni tövsiyə edir. Artıq müştərilər bir sıra xidmətləri BirBank tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
