Sosial
Ölkədən çıxa bilməyənlərə ŞAD XƏBƏR: 24 saat ərzində...
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində borclularla bağlı mobil tətbiqin istifadəyə verilməsi nəzərdə tutulub.
Bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.
Rəis müavini qeyd edib ki, həmin mobil tətbiqdə borclu ilə bağlı bütün məlumatlar öz əksini tapacaq:
“Vətəndaş mobil tətbiq vasitəsilə barəsində hansısa məhdudiyyətin tətbiqilə bağlı dərhal məlumatlanacaq. Borclunun ölkədən çıxması ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün Heydər Əliyev Hava Limanında xüsusi köşk fəaliyyət göstərir. Yaxşı olar ki, vətəndaş könüllü şəkildə borcunu vaxtında ödəsin. Amma gecikmə olubsa və onun ölkədən çıxışına məhdudiyyət qoyulubsa, borclu hava limanına gəlməmişdən də borcunu ödəyə bilər. Bunun üçün müəyyən prosedurlar həyata keçirilir. Təlimata uyğun olaraq, məhdudiyyətin aradan qaldırılması üçün göstəriş varsa, icra məmuru qərar qəbul edir. 24 saat ərzində məhdudiyyət aradan qaldırılır. Amma hava limanında köşkdə ödənilən borca görə avtomatik olaraq məhdudiyyət aradan qaldırılır”. (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
