Sosial
AQTA-dan iaşə müəssisələrinin rəhbərlərinə XƏBƏRDARLIQ
İctimai iaşə müəssisələrində xidmətlərin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir. Kafe-restoranlarda, mehmanxanaların və təhsil müəssisələrinin nəzdindəki ictimai iaşə sahəsində əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Publika.az-a verilən məlumata görə, iaşə məkanının giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Müəssisə daxilində 2 metrlik sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.
Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması şərtdir.
Eyni zamanda, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə müəssisəyə müştəri qəbulu ilə bağlı məlumatlar öz əksini tapmalıdır. İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin masalarda ümumi istifadədə olan duzqabı, istiotqabı, salfetqabı kimi əşyalar əvəzinə tək istifadəlik duz, istiot, salfet və digər məhsullar qoyulmalıdır. Hər bir masada əllərin mütəmadi dezinfeksiyası üçün vasitələr mütləq olmalıdır.
Bununla bağlı olaraq AQTA aidiyyəti qurumlarla birlikdə mütəmadi olaraq maarifləndirici monitorinqlər keçirir. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






























.jpg)



.jpg)

