Sosial
Komitədən Zeynəb Cavadlının aqibətinə MÜNASİBƏT: “Çətin və uzun proses olacaq” - ÖZƏL
Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Səid Əl-Məktum ilə ailə quran Azərbaycanın tanınmış gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının bir neçə gün əvvəl Dubayda çıxılmaz vəziyyətdə qalması barədə instaqram hesabından müraciət yayılıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Son 9 ay ərzində fiziki və mənəvi istismara məruz qaldığını, təqib olunduğunu deyən Zeynəb Cavadlının uşaqları, valideynləri və özü artıq ölkəmizin Dubaydakı Baş Konsulluğu tərəfindən nəzarətə götürülüb. Bu barədə Publika.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova məlumat verib:

“Zeynəb Cavadlının ailəsinin hüquqlarının müdafiəsi üçün Azərbaycan səfirliyi operativ addımlar atır. Biz də komitə olaraq məsələni nəzarətdə saxlayırıq və davamlı olaraq hadisələrin, görülən işlərin gedişatı ilə maraqlanırıq. Bilirik ki, Azərbaycanın və o ölkənin qanunları tamamilə fərqlidir. BƏƏ dünyəvi qanunlarla yanaşı, şəriət qanunları ilə idarə olunur. Odur ki, bu, çətin və uzun proses olacaq. Bununla belə bizim oradakı səfirliyimiz Zeynəb xanımın, uşaqlarının və valideynlərinin hüquqlarının müdafiəsi üçün bütün imkanlardan istifadə edəcək. Biz də komitə olaraq səfirliklə əlaqə saxlayıb, görülən işlərin nəticəsini gündəmdə saxlayacağıq”.
Qeyd edək ki, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il evlənib. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib. Həyat yoldaşı Zeynəbdən 15 yaş böyükdür və bu, şeyxin 3-cü evliliyidir.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





