Sosial
Azərbaycanda əkiz və üçəmlərin sayı artdı
Azərbaycanda əkiz və üçəm körpələrin dünyaya gəlməsi halları artıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda ötən il ərzində doğulan əkizlərin sayı son 8 ilin ən yüksək göstəricisi olub.
2011-ci ildə ölkədə 1506 əkiz, 2012-ci ildə 2176 əkiz, 2013-cü ildə 2270 əkiz, 2014-cü ildə 3148 əkiz, 2015-ci ildə 3054, əkiz, 2016-cı ildə 2734 əkiz, 2017-ci ildə 2586 əkiz, 2018-ci ildə 2752 əkiz, 2019-cu ildə 3356 əkiz dünyaya gəlib.
Əkizlərin dünyaya gəlməsi halları daha çox şəhər yerlərində qeydə alınıb. Ötən 8 ildə şəhər yerlərində ən çox əkiz 2019 və 2014-cü illərdə baş verib. Bu hal kənd yerləri üzrə də müşahidə edilib. Azərbaycanın şəhər yerlərində 2019-cu ildə 1862, 2016-cı ildə 1698 əkiz dünyaya gəlib. 2019-cu ildə kənd yerlərində 1494, 2016-cı 1450 əkiz dünyaya gəlib.
Son 8 ildə ən çox üçəm də ötən il dünyaya gəlib. Keçən il şəhər yerlərində 30-u qız, 30-u oğlan olmaqla, 60 üçəm, 16 qız, 32 oğlan olmaqla, 48 üçən kənd yerlərinin payına düşüb.
Yeri gəlmişkən qeyd edək ki, doğulan əkiz və üçəmlərin çoxu oğlanlar olur.
Həkim-ginekoloq Nüşabə Fikrətli Trend-ə bildirib ki, əkiz və üçəm uşaqların doğulmasında əsas faktorlardan biri genetik amillərlə bağlıdır. Əgər nəsildə əkiz, üçəm uşaqların doğulması halları varsa, belə uşaqların dünyaya gəlməsi ehtimalı yüksək olur. Son illərdə süni mayalandırma üsulundan istifadə də belə körpələrin sayının artmasına səbəb olub.
Həkim-ginekoloq bildirib ki, son vaxtlar qadınlar hamilə qalmaq üçün daha çox müalicə olunurlar. Hamiləliyin baş tutması üçün isə stimulyasiya metodundan istifadə edilir. Stimulyasiya sayəsində hamilə qalan qadınlarda da əkiz və üçəm uşaqların doğulması halları çox olur.
Həkim bildirib ki, qadının bətnində iki və ya 3 döl olduqda onun hamiləliyinin normal başa çatması ehtimalı bətnində tək döl olan qadınlara nisbətən az olur. Buna görə də əkiz və üçəm uşaq dünyaya gətirəcək qadınların hamiləlikləri boyu daha çox həkim nəzarətində qalmasına ehtiyac var.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO







.jpg)



.jpg)




















.jpg)


