Sosial
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Naftalan şəhərində tikilən 12 fərdi yaşayış evindən tikintisi başa çatdırılmış daha yeni 6 ev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
Publika.az xəbər verir ki, evlərin təqdim edilməsi tədbirində nazirlik yanında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Yaşar Məmmədov, Naftalan şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədov və digər məsul şəxslər iştirak ediblər.
Tədbirdə möhtərəm cənab Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edilərək vurğulanıb ki, ölkəmizdə Qələbə sevincinin hökm sürdüyü, tariximizə yeni qəhrəmanlıq səhifəsi kimi yazılan bu günlərdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni fərdi evlərin verilməsi də bir həqiqəti əks etdirir: Vətən naminə döyüşlərdə şəhid olan insanların ailələri, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar daim cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir və güclü dövlətimizin qayğısı ilə əhatə olunurlar.
Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq artırılması istiqamətində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını qeyd ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
