Sosial
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 7 rayonda 35 fərdi yaşayış evi (o cümlədən Qəbələdə 10, Şəkidə 8, Daşkəsəndə 6, Lerikdə 5, Kürdəmirdə 4, Oğuzda 1, Gədəbəydə 1) bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib.
Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri ərazilərimizin Ermənistanın işğalından azad edildiyinə görə fərəh və sevinclərini bölüşüblər. Onlar tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi qızıl hərflərlə yazılan Böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər. Yenilməz Ordumuzun dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin haqq savaşında yüksək vətənpərvərliyə və döyüş hazırlığına əsaslanan misilsiz rəşadətindən iftixar hissi keçirdiklərini vurğulayıblar.
Şəhid ailəsi üzvləri və müharibə əlilləri onların sosial müdafiəsinə daim xüsusi qayğı göstərilməsindən də razılıqla bəhs edib, bu qayğıya və yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər. Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, bu sarsılmaz birliyin qarşıdakı dövrdə də xalqımıza daim qələbələr gətirəcəyini vurğulayıblar.
Ümumilikdə ötən dövrdə 8353 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


