Sosial
Nazirlik şəhidin evinin tikintisini başa çatdıracaq - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını başa çatdıracaq.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.
O bildirib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Qəribov Asif Səxavət oğlunun ailəsinin maddi vəziyyəti, ağır ev şəraiti barədə sosial şəbəkə səhifələrindən birindən məlumat əldə edilib: "Məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şirvan şəhərində yaşayan həmin ailə ilə görüşdülər. Şəhidimizin ailəsi üç nəfərdən (anası Qəribova Mərmər Qərib qızından və azyaşlı bacı və qardaşından) ibarətdir.
Vətən müharibəsinə getməzdən öncə Asif işləyərək ailəsi üçün ev tikdirirmiş. Nazirlik Vətən müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını sosial tərəfdaşlarla birgə başa çatdıracaq.
Hazırda ailəyə ailə başçısını itirməyə görə müavinət və ünvanlı sosial yardım formasında sosial ödənişlər (ümumilikdə aylıq 445 manat) verilir. Zəruri sənədləşmədən sonra onlara Prezidentin aylıq təqaüdü (300 manat) də təyin olunacaq. Eyni zamanda, özünüməşğulluq proqramı çərçivəsində şəhidin anası M.Qəribova üçün kiçik müəssisə yaradılması da qərara alınıb".
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)

























.jpg)


