Sosial
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
Xalqımız cəmi 44 gün ərzində işğalçı Ermənistanı diz çökdürən və möhtəşəm Qələbəyə imza atan, torpaqlarımızı erməni faşizminin əsarətindən azad edən güclü Azərbaycanımızla, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə, qəhrəman Ordumuzla fəxr edir!
Publika.az xəbər verir ki, bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 10 rayonda (Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaş) fərdi yaşayış evlərinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar.
Həmin rayonlar üzrə ümumilikdə 28 fərdi ev qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilib. Göyçay rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak ediblər.
Bildirilib ki, ölkəmizdə Qələbə ovqatı hökm sürür. 30 ilə yaxındır ki, işğal altında qalmış torpaqlarımızın azadlığa qovuşması hər birimizə sonsuz fərəh və iftixar duyğuları bəxş edir. Vəhşi düşmən işğal etdiyi yurd yerlərimizdə barbarcasına hər şeyi, bütün infrastrukturu məhv etsə də, dövlətimiz yenidən həmin ərazilərdə abad, gözəl, müasir yaşayış məntəqələri, kənd və qəsəbələr, şəhərlər salacaq. O torpaqlarımız azad, firavan həyatını yaşayaraq, öz doğma sahiblərinin gücü, zəhməti ilə yenidən gülüstana, abad diyara çevriləcək.
Qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə Nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri erməni faşizmini məhv edən Ordumuzun misilsiz rəşadətindən və dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılan böyük Qələbəmizdən fərəh və qürur hissi ilə bəhs ediblər. Onlar bu parlaq Qələbəyə və həssas qruplara göstərilən yüksək qayğıya, bu gün yeni evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp































.jpg)



.jpg)

