Sosial
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu gün 18 rayonda (Xaçmaz, Qusar, İsmayıllı, Göyçay, Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli) da yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, ümumilikdə bu gün Gəncədə təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub.
Xaçmaz və Qusar rayonlarında evlərin təqdim edilməsi tədbirlərində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, İsmayıllı rayonunda evlərin verilməsi tədbirində Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov, rayon İcra Hakimiyyətlərinin rəsmiləri iştirak ediblər.
Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Qələbəni qazanaraq tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan erməni faşizmi məhv edildi, ərazilərimiz öz azadlığına qovuşdu. Silahlı Qüvvələrimizin qüdrəti, yenilməzliyi, xalqımızın sarsılmaz birliyi dünyaya nümayiş olundu. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır və xalqımız bundan böyük iftixar hissi keçirir.
Bu fərəhli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı işləri də davam edir. 2020-ci ildə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 1000-i bu kateqoriyadan olanlara verilib.
Beləliklə, indiyədək 8558 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri Qələbə sevinclərini bölüşüb, Ordumuzun uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyindən, rəşadətindən qürurla bəhs edib, bu böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarlıqlarını bildiriblər. Həmçinin daim xüsusi qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO








.jpg)
























.jpg)


