Sosial
Şəhid ailələri və yaralılara dərman preparatları verildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini davam etdirir.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, psixoloq və psixiatrlardan ibarət qruplar son günlərdə 712 ailə ilə görüşüblər.
Psixoloji dəstək tədbirlərinə ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar keçirilir. Həmçinin ilkin diaqnostikadan sonra bir çox şəxslərə ehtiyaclarına uyğun ödənişsiz dərman preparatları verilib.
Noyabrın 19-dan fəaliyyətə başlayan “Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) isə 200-yə yaxın zəng daxil olub. Müraciətlərin məzmununa uyğun olaraq psixoloqlar vətəndaşlara dəstək yönümlü xidmətlər göstəriblər. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Xatırladaq ki, 44 günlük müharibə dövründə də agentlik erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə görüşərək, onlara ehtiyac duyduqları psixoloji xidmətləri göstərib. Həmçinin ailələrin sosial vəziyyətləri qiymətləndirilib, ehtiyac duyduqları sosial dəstək tədbirləri müəyyənləşdirilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
