Sosial
Əlillərə diqqət və qayğı göstərmək hər birimizin borcudur
3 dekabr "Əlillər günü" münasibətilə "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşəbbüsü ilə birliyin əsas binasında tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə 120 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə ərzaq sovqatları çatdırıldı. Beynəlxalq aləmdə əlillərə qayğı və diqqət artırılıb. Onların hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai birliyinin iş mexanizmi bu qətnamənin prinsiplərinə xidmət edir. Birliyə üzv olan minlərlə şəhid ailələrinin , Qarabağ əlillərinin, qazilərin və veteranların hüquqlarını müdafiə edir, maddi və mənəvi dəstək göstərir, qarşılaşdıqları tıbbı və sosial problemlərin həllində yardımçı olur.
Əlillərə diqqət və qayğı göstərmək hər bir fiziki cəhətdən sağlam olan insanların borcudur.


-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

