Sosial
Daha 42 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi ev verildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 13 rayonda (o cümlədən Saatlı, Salyan, İsmayıllı, Xaçmaz, Bərdə, Beyləqan, Ağcabədi, Zaqatala, Yevlax, Şəmkir, Göygöl, Ağsu, Şamaxı) 42 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Publika.az xəbər verir ki, Saatlı rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, rayonun İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli iştirak ediblər.
Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri torpaqlarımızın erməni faşizminin işğalından azad edilməsinə, həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanmasına görə fərəh içində olduqlarını qeyd ediblər. Onlar bu möhtəşəm qələbəni xalqımıza bəxş edən Prezident İlham Əliyevlə, şanlı Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Şanlı tarix yazan Azərbaycan Ordusunun rəşadəti ilə, dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.
A.Kərimov şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı göstərilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətində mühüm yer tutduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, ölkədə bütün sosial proqramlar ildən-ilə genişlənir. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təmin edilməsi istiqamətində işlər getdikcə geniş miqyas alır. Bu il də rekord səviyyədə olmaqla azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, onlardan artıq 1100-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9000-ə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.
Nazir müavini şəhid ailələri və müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması üçün digər istiqamətlərdə atılan mühüm addımları da diqqətə çatdırıb.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən yüksək qayğıdan razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçımıza dərin minnətdarlıqlarını ifadə ediblər.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

