Sosial
Saxta möhürlü qaz sayğacları aşkarlandı
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində pərakəndə şəkildə qanunsuz qaz çəkilişi aparılan ünvanlar aşkarlanıb.
İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, Birliyin Bakı Regional Qazın Satışı Departamenti və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə sözügedən qayda pozuntusu ilə bağlı Binəqədi rayonu, DSK yolu, 10-cu döngə adlanan yeni yaşayış massivində reyd keçirilib. Reyd zamanı hansısa işbazlar tərəfindən quraşdırılan saxta möhürlü 9 sayğac Birliyin əməkdaşları tərəfindən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, bir ay bundan öncə "Azəriqaz" İB-nin məsul şəxsləri həmin ünvanda olub və vətəndaşlara işbazlarla ünsiyyət qurmamağı, qaz çəkilişi üçün "Asan xidmət" və "ASAN Kommunal" mərkəzlərinə müraciət etməyi tövsiyə ediblər. Bir daha xatırladırıq ki, sözügedən ünvanda təbii qazdan istifadə edən sakinlər üçün qaz xətlərini "Azəriqaz" İB çəkməyib. "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov faktın araşdırılacağını deyib və Birlik adından Daxili İşlər Nazirliyinin əməkdaşlarına reyddə iştirak etdiklərinə görə təşəkkür edib.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat










.jpg)


.jpg)






















