Sosial
Yeni sayğaclar quraşdırılacaq: koda düşmə, bloklanma, kartın oxunmaması...
"Yeni gətirilən sayğaclar da smart və mexaniki sayğaclardır. Artıq ən müasir smart sayğaclar Bakıya gətirilib və 200 ədədi sınaqdan keçirilib. Həmin sayğaclardan 30 min ədədini gətirmişik. Gələn ayın əvvəli əlavə olaraq 60 min smart sayğac Bakıya gətiriləcək".
Publika.az xəbər verir ki, bunu “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev trend-ə müsahibəsində deyib. Baş direktor bildirib ki, bundan sonra həmin sayğacların quraşdırılmasına başlanacaq: "Bu sayğaclar əvvəlkilərdən bir çox funksiyası ilə fərqlənir. Bu sayğaclara nəzarət və onun idarə edilməsi daha asandır. Həmin smart sayğaclarda əvvəlki sayğaclar kimi koda düşmə, bloklanma, kartın oxunmaması problemləri yoxdur".
Ruslan Əliyevin sözlərinə görə, yeni quraşdırılan mexaniki elektron tipli sayğaclar isə sadəcə mexaniki sayğaclar kimi fəaliyyət göstərməyəcək: "Bu sayğaclarda əlavə xüsusi qurğular quraşdırılır ki, bu qurğu vasitəsilə sərfiyyat kənardan görünəcək, klapan vasitəsilə borclu abonentlərin qazı mərkəzdən açılıb bağlanacaq. Həmin sayğaclar onlayn rejimdə işləyəcək. Biz hər hansı ərazidə, hər hansı binada köhnə smart tipli sayğaclarda sərfiyyatı görə bilmirdik. Abonent qaz yükləyib istifadə etməyincə, onun sərf etdiyi qazı müəyyən edə bilmirdik. Biz xüsusi balansımızı həyata keçirə və aylıq itkiləri, ərazidən yığım səviyyəsini hesablaya bilmirdik. Amma indi quraşdırılan sayğaclar onlayn rejimdə olduğu üçün bu prosesə nəzarət etmək mümkün olacaq".
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat










.jpg)


.jpg)






















