Sosial
Bu abonentlərin qazı avtomatik kəsiləcək - Baş direktordan XƏBƏRDARLIQ
"Abonentlərin təklif və şikayətlərini dinləməyə hazırıq. Biz əvvəlki sayğaclardan imtina etməmişik. Əgər kimsə müraciət etsə ki, onun evinə əvvəldən ödəniş (Smart) sayğacı quraşdırılsın, onun xahişi nəzərə alınacaq və abonentə yeni Smart sayğac quraşdırılacaq".
Publika.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Trend-ə müsahibəsində deyib. Baş direktorun sözlərinə görə, artıq müxaniki sayğacların quraşdırılmasına başlanılıb:

"Hazırda bu proses davam etdirilir. Bu günə qədər 17 yaşayış binasında sayğaclar xüsusi qurğular əlavə edilməklə quraşdırılıb. Qeyd edim ki, bu sayğaclar quraşdırılan əlavə qurğu vasitəsilə mərkəzdən idarə olunacaq. Abonentə istifadə etdiyi qaz sərfiyyatına görə sms-bildiriş gələcək və həmin bildiriş gələn gündən sonra abonentə bir ay vaxt veriləcək. Bir ay müddətinə qədər biz həmin abonentin qazını kəsməyəcəyik. Bir aydan sonra abonent borcunu ödəməsə, onun qazı avtomatik kəsiləcək".
"Qaz itkisinin və sayğacdankənar qaz xətlərinin çəkilməsinin qarşısını almaq üçün hansı işlər görülür" sualına cavab olaraq baş direktor bildirib ki, bu məsələ əsas problemlərdəndir: "Bununla bağlı monitorinq qruplarımız mütəmadi yoxlamalar keçirir. Aşkarlanan faktlarla bağlı sənədlər tərtib edilir və hüquq mühafizə orqanlarına müraciət olunur. Həm Enerji Məsələlərini Tənzimləmə Agentliyi, həm Daxili İşlər Nazirliyi, həm də prokurorluğa bu barədə hər ay müraciətlər edirik. “Azəriqaz” aşkarlanan fakt üzrə dəymiş ziyanı hesablayır və bununla bağlı aidiyyəti qurumlara müraciət olunur. 2019-cu illə müqayisədə sayğacdankənar qaz xətlərinin çəkilməsi faizi xeyli azalıb".
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat










.jpg)


.jpg)






















