Sosial
AzTV-nin qarşısında aksiya keçirən qadınla bağlı AÇIQLAMA
Azərbaycan Televiziyası (AzTV) qurumun keçmiş əməkdaşı Səidə Vəliyevanın bu gün telekanalın yerləşdiyi inzibati binanın qarşısında keçirdiyi etiraz aksiyasına və səsləndirdiyi ittihamlara münasibət bildirib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, onun söylədikləri süni ajiotaj və ucuz şou yaratmaqdan başqa bir şey deyil: "Bu şəxs aylardır, sədr Rövşən Məmmədov və kanalda çalışan digər əməkdaşların ünvanına təhqir və şantaj dolu bəyanatlar yağdırır. Onun düşüncəsinə görə, işdən azad olunmasında hər kəs günahkardır, yalnız özündən başqa. Təəssüf ki, prosesi yaxından izləyən jurnalistlərdən bir nəfər onun işdən azad olunmasının səbəbini soruşmur. Təbii ki, hətta bu sual verilsə belə, S.Vəliyevanın cavabı məlumdur – haqsızlıq, ədalətsizlik..."
Məlumatda qeyd edilib ki, S.Vəliyeva 2007-ci ildən 2020-ci ilədək bir ay belə olsa, işə müntəzəm şəkildə gəlməyib (bu barədə rəsmi qeydiyyat kitabçası var): "O, 13 il ərzində cəmi 6 dəfə qonorar alıb (TV-dən anlayışı olan hər kəs bilir ki, qonorar gördüyün işə görə verilir). AzTV sədri onu iki dəfə qəbul edərək işə vaxtında gəlməsi, layihə üzərində işləməsi ilə bağlı xəbərdarlıq edib. Lakin bütün bunların xeyri olmayıb".
"Sonuncu dəfə isə edilən bütün xəbərdarlıqlardan və layihə hazırlamaq üçün verilən iki həftəlik səmərəsiz zamandan sonra S.Vəliyeva Kadrlar və Xüsusi İşlər Departmentinə çağırılıb və onunla müqavilə müddətinin uzadılmayacağı bildirilib. Lakin S.Vəliyeva “Məni heç olmazsa, xadimə vəzifəsinə keçirin, sadəcə adım AzTV-nin işçisi olaraq qalsın, stajım artsın. Maaş da istəmirəm” cavabını verib. Bu təfəkkürlü fərdlə hər hansı qaydada işləmək mümkündürmü? Yuxarıda qeyd etdiyimiz kimi, bu fərd 13 il ərzində cəmi 6 dəfə qonorar alıb. Bununla belə, bir dəfə də olsa, rəhbərliyə müraciət etməyib. Deməli, onun TV-də çalışmasının məqsədi də maaş və qonorar deyil, sadəcə adının bu qurumla yanaşı çəkilməsini istəməsidir. Bildirək ki, S.Vəliyeva ev alqı-satqısı (“makler”) ilə məşğuldur və bu "vəzifə"də ona TV-nin adından yararlanmaq, görünür, daha səmərəli idi. Əlavə edək ki, S.Vəliyevanın ali təhsili belə yoxdur. Cəmi 2 illik kurs bitirib və illərdir vəzifəsi “redaktor” kimi gedib. Yalnız gedib... Gördüyü iş isə yox dərəcəsindədir. Çox təəssüf ki, teleməkanın ocağı sayılan AzTV-də bu və ya digər səbəblərdən belə fərdlər var və onlar illərdir “ölü canlar” kimi işə gəlməyə-gəlməyə maaş və qonorar almağa çalışır. Lakin televiziya yaradıcılıq məbədidir, sosial müdafiə fondu deyil və qurum daxilində şəffaflığın təmin olunması, yaradıcı mühitin formalaşması və TV-də məhz yaradıcı, intellektual insanların çalışması üçün bundan sonra da əlimizdən gələni edəcəyik", - AzTV-dən vurğulanıb.
-
İdman06:16Ronaldo zəmanət aldı, gələcəyi ilə bağlı qərar verdi
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə












.jpg)

















.jpg)
.jpg)




