Sosial
Şamaxıda “YAŞA” Mərkəzi fəaliyyətə başladı
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxı rayonunda yaradılmış “Yaşa” mərkəzinin açılışı olub.
Publika.az xəbər verir ki, açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, “Kapital Bank”, “Regional İnkişaf” İctimai Birliyi və Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
RİİB-in və “Kapital Bank”ın maliyyə dəstəyi ilə yaradılan “Yaşa” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları bir araya toplayaraq onların asudə vaxtlarının səmərəli təşkilinə, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakına, onların təhsil və məşğulluq imkanlarının artırılmasına dəstək olmaqdır. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq otaqları və fərdi kitabxana fəaliyyət göstərir.
Qeyd edək ki, “Yaşa” mərkəzinin Bakıda da ofisi (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, 1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2000-dən çox fəal üzvü var. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya “www.teqaudchu.az” saytına müraciət etmək olar.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
