Sosial
İlham Rəhimov Xalq şairini təbrik etdi
Bu gün müasir Azərbaycan poeziyasında xüsusi yeri və çəkisi olan, poeziyamızın görkəmli simalarından biri, sevimli lirik şairimiz Nəriman Həsənzadənin 90 yaşı tamam olur. 90 illik yubileyi münasibətlə ağsaqqal və nəğməkar şairimizi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılığında uğurlar arzu edirəm.
Təqdirəlayiq haldır ki, Nəriman müəllimin xarakterindəki ziyalılıq, həlimlik, kövrəklik, həzinlik, duyğusallıq bütünlüklə yaradıcılığına da hopub. Bu mənada onu çox haqlı olaraq anadangəlmə şair adlandırırlar. Yaradıcılığında məhəbbət mövzusu üstünlük təşkil etsə də, vətənpərvərlik ruhu, torpağa bağlılıq motivləri də güclüdür. Onun şeirlərində qəlbin, ruhun sözləşməsi həmişə yüksəkdə olub – bütün şeirləri sanki ruhumuzu yerindən oynadan qəlb çırpıntılarıdır!
Nəriman müəllim, sözün həqiqi mənasında Vətən torpağı uğrunda döyüşən bir əsgərdir. Yaradıcılığından da görünür ki, vətən aşiqidir, millətinin hədsiz vurğunudur, şeirlərində saz ruhu, ana laylası var. Çünki onun ruhu dağlardan, sazlı-sözlü bir diyardan - Qazaxdan gəlir. Qələmindən çıxan şeirləri daha çox oxucusunu düşündürən, ona sevib-sevilməyı, ədaləti, yurda bağlılığı təlqin edən, dərin məna üstündə köklənən ürək yanğılarıdır. Onun poeziyasını oxunaqlı edən də, sevdirən də elə məhz budur. Bu yanğını yalnız sözün dəyərini qiymətləndirənlər hiss edə bilərlər.
Əziz Nəriman müəllim, Sizi bir daha təbrik edirəm, yubiley yaşınız mübarək!
İlham Rəhimov,
Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)

















.jpg)
.jpg)

