Sosial
Türkiyənin Kosmik Agentliyinin rəhbəri "Azərkosmos"da olub - FOTO
Azərbaycanda səfərdə olan Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) olub.
ASC-dən Publika.az-a bildirilib ki, səfər çərçivəsində Sərdar Hüseyin Yıldırım “Azərkosmos”un nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri vasitəsilə göstərilən telekommunikasiya, teleradio yayım və Yer səthinin məsafədən müşahidə xidmətləri barədə geniş məlumat verilib.
Görüş əsnasında Türkiyənin Kosmik Agentliyi tərəfindən Türkiyənin Milli Kosmik Proqramının strateji hədəfləri, o cümlədən yerli kosmik uçuş aparatlarının istehsalı, 2023-cü ildə Aya eniş planı və 2028-ci ildə ilk Türkiyə vətəndaşının kosmosa göndəriləcəyi qeyd olunub. 2018-ci ilin dekabrında qurulan Türkiyə Kosmik Agentliyi Türkiyədə kosmik sahədə fəaliyyət göstərən bütün şirkətləri özündə birləşdirir.
İlk rəsmi xarici səfərini Azərbaycana edən Türkiyə Kosmik Agentliyinin prezidenti kosmik sahədə qardaş ölkə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Həmçinin kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”in idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
