Sosial
Bu sektorlar sərt karantində də işləsin - Deputat
"Novruz bayramı yaxınlaşdıqca, yenidən karantin məhdudiyyətlərinin tətbiq edilib-edilməyəcəyi ən çox müzakirə edilən məsələlərdəndir. Epidemioloji vəziyyətə görə pandemiya başladıqdan sonra "lockdown" məhdudiyyətlərinin bir neçə dəfə tətbiq olunduğunu nəzərə alsaq, bu istiqamətdə müzakirələrin intensivləşməsi anlaşılandır".
Publika.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputatın sözlərinə görə, karantin qaydaları ilə bağlı qərar qəbul edilən zaman əsas meyar epidemioloji vəziyyət, daha dəqiqi yoluxma sayı götürülür: "Bununla yanaşı, artıq 420 mindən artıq vətəndaşımızın peyvənd olunduğunu və yoluxma sayının tənzimlənən həddə olduğunu nəzərə alsaq, ictimai iaşə və xidmət sferalarında yenidən qapanma məqsədəuyğun olmazdı. Xüsusən nəzərə almaq lazımdır ki, bu sektorlarda fəaliyyət göstərən müəssisələrin, eləcə də kafe və restoranların qapanmadan sonra fəaliyyətlərinin bərpası müəyyən zaman və maliyyə tələb edir".
V.Bayramov vurğulayıb ki, rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır: "Ümumilikdə, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sektorlardakı fəaliyyət məşğulluq baxımından da vacib hesab olunur. Bu baxımdan da epidemioloji vəziyyət kəskin pisləşməyəcəyi halda bayram günlərində bu sektorlarda fəaliyyətin davam etməsi məqsədəuyğun olardı".
.jpg)
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
