Sosial
Mədəniyyət komitəsi Seyid Camal Əzimbəylini təbrik etdi
Milli Məclisin Mədəniyyət komitəsi Qarabağ Seyid Ocaqlarının rəhbəri, “İnam” verilişinin ideya müəllifi və aparıcısı, şərqşünas Seyid Camal Əzimbəylinin 50 illik yubileyini təbrik edib.
Publika.az xəbər verir ki, Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Seyid Camal Əzimbəyliyə bununla bağlı təbrik məktubu ünvanlayıb.
“Hörmətli Camal müəllim! Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni uğurlar arzulayıram!
Çox şadam ki, builki yubileyinizi düşmən üzərində tarixi zəfərimizin sevinci, qüruru içində keçirirsiniz. Siz mədəni irsə, klassiklərə xüsusi sayğınız, el-oba, ictimaiyyət içində maarifçi fəaliyyətinizlə seçilən aydınlarımızdansınız.
Siz BDU-nun Şərqşünaslıq fakültəsinin məzunusunuz. Ölkə televiziyalarında və yazılı mətbuatda mənəvi məsələlər üzrə ekspert rəyləri ilə ardıcıl çıxış edirsiniz. 30 ildir ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği və qorunması yolunda şərəflə çalışmaqdasınız. Sizin gənclərimizə milli vətənpərvərlik ruhunun aşılanması, dövlət və din münasibətlərinin möhkəmlənməsi yolunda uğurlu fəaliyyətiniz hər kəsə bəllidir. Ordumuzun zabit və əsgərlərini, şəhid ailələrini və qaziləri ziyarət edirsiniz, onların qayğıları ilə məşğul olursunuz.
Sizi Mədəniyyət komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm! Yubileyiniz mübarək olsun!”, - təbrik məktubunda qeyd edilib.
Seyid Camal Əzimbəyli göstərdiyi diqqətə görə Q.Paşayevaya təşəkkürünü çatdırıb.

-
MDB21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin120:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
















.jpg)



















