Sosial
Şeyx Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 22-də KAICIID Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən Publika.az-a bildiriblər ki, Konstantinopol Ekumenik Patriarxiyasının Ekzarxi Mitropolit Emmanuelin giriş sözü ilə açılan vebinar qarşıda duran fəaliyyətlərlə bağlı fikir mübadiləsinə həsr olunub.
KAICIID Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü Konstantinopol Ekumenik Patriarxiyasının Ekzarxi Mitropolit Emmanuel yeni məqama - Xalkidon Mitropoliti seçilməsi münasibətilə təbrik edilib, ona nəcib fəaliyyətində uğurlar arzulanıb.
Videotoplantıda Beynəlxalq Mərkəzin gələcəyinə dair təşkilati məsələlər, Direktorlar Şurasının və Tərəflər Şurasının ikinci birgə iclasının detalları, İdarə Heyətinin növbəti sessiyaları, həmçinin qurumun genişləndirmə layihəsi üzrə perspektivləri, bu çərçivədə Nigeriya və Seneqalın üzvlüyü məsələsi gündəmdə olub. Kommunikasiya məsələləri üzrə yenilənmələr, təlim sistemi üzrə təqaüdlər proqramının müzakirəsi növbəti iclasa tövsiyə edilib. Mərkəzin mənzil-qərargahının Vyanadan köçürülmə perspektivi də müzakirə olunub.
İclasa sədrlik edən Mitropolit Emmanuel KAICIID adından Şeyxülislam A.Paşazadəni və onun timsalında bütün Azərbaycan xalqını qədim Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edin, ən xoş arzularını ifadə çatdırıb.
Məlumat üçün bildirək ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID dinlərarası dialoqun yeni platforması kimi məhsuldar fəaliyyət göstərir. Belə ki, onun fəaliyyəti bu gün bütün problemlərin fövqündə duran sülhün təmini və qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı kimi müasir dünyada böyük ehtiyac duyulan vacib mərama xidmət edir.
Əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarət olan KAICIID dünyanın aparıcı dinlərinin rəhbərlərindən ibarət Direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır. Şeyxülislam Allahşükür Paşazadə KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini liderdir.
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması















.webp)
















.jpg)
.jpg)


