Sosial
Badamdarda 3000-dən çox evin kanalizasiya sistemi yoxdur - Şöbə rəisi
Badamdarda üçüncü massivdən yuxarıdakı yaşayış ərazisində 3000-dən çox ev var.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev deyib.
Onun sözlərinə görə, həmin evlərin kanalizasiya sistemi tam formalaşmayıb: "Burada əhali irihəcmli şambolardan istifadə edir. Ərazi geoloji cəhətdən çatlı əhəng daşlarıdır. Şambolarda olan sular yeraltı suların qidalanmasına səbəb olur. Yeraltı suların əmələ gəlməsi yamacda basqıların formalaşmasına və sürüşməsinə gətirib çıxarır. Hazırda ərazidə quraşdırılan drenaj quyuları nasosla işləmir və öz axımı ilə həyata keçirilir. Drenaj quyularındakı sular aşağı hissədə drenaj sisteminə axıdılır".
Şöbə müdiri bildirib ki, hazırda "Azərsu" ASC tərəfindən ərazidə kanalizasiya sistemi qurulur: "FHN-nin iştirakı ilə çalışılır ki, kanalizasiya sistemi buradakı bütün ərazini əhatə etsin və sürüşmənin qarşısı qismən də olsa alınsın".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
