Sosial
Azərbaycana növbəti vaksin partiyası gətirildi
Bu gün Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilib.
Çinin “SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronoVAC” peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.
Vaksini gətirən təyyarəni Azərbaycan rəsmiləri və Çinin Bakıdakı səfiri Qo Min qarşılayıb.
Qeyd edək ki, aprelin 5-də Koreyadan Azərbaycana 84 000 doza “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini gətiriləcək. Ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza “Vaxzevria” vaksinin idxalı nəzərdə tutulub. Peyvəndi İngiltərə-İsveç birgə şirkəti istehsal edib. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksini gətiriləcək.
Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” aşısı ilə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, indiyədək 547 541 nəfərə aşı vurulub. (report)
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...











.jpg)
.jpg)





















.jpg)


