Sosial
Bu şəxslərin iftar süfrəsi qəbul olunmur - Fuad Nurullayev
Pandemiya ölkəmizdə və dünyada davam edir, odur ki, diqqətli olmalı və tövsiyələrə əməl etməliyik. Qafqaz Müsəlmanları İdarəsi olaraq əhaliyə kütləvi iftar məclislərinin keçirilməsi mövzusunda tövsiyələr vermişik. Əgər bir yerdə xəstəlik yayılırsa, başqa bir insan üçün təhlükə varsa, biz ona zəmin yaratmamalıyıq. Müqəddəs “Qurani-Kərim”də də buyrulub ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın.
Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib. İlahiyyatçı bildirib ki, insan sağlamlığı ilə bağlı peyğəmbərimizin gözəl hədisləri var:

“Peyğəmbər deyirdi ki, əgər bir yerdə xəstəliklər yayılıbsa, siz ora getməyin. Əgər siz olduğunuz yerdə xəstəliklər yayılıbsa, oranı tərk etməyin. İnsanlarımız peyğəmbərimizin hikmətli kəlamlarına qulaq asmalıdır. Dövlətimizin, tibbi mütəxəssislərin bununla bağlı mühüm əmr və göstərişləri var, kütləvi iftar məclislərinin təşkilinə hələlik icazə verilmir. İnsanlar bir-birinin qeydinə qalmaq istəyirsə, öz doğmalarına və əzizlərinə can sağlığı arzu edirsə, bu məsələyə biganə qalmamalıdır.
Bir insanın xəstəliyi ətrafa yayması və bir neçə adamın ölümünə səbəb olması günahdır. Müqəddəs kitabımız Quranda da qeyd edilir ki, heç bir xətər törətmədən başqa birinin ölümünə səbəb olarsansa, sən bütün məxluqatı öldürmüş kimisən. Amma bir insanı xilas etsən, bəşəriyyəti xilas etmiş sayılırsan. Həssas bir zamandayıq, ehtiyatsızlıq etmək olmaz, bütün bu deyilənləri diqqətə almalıyıq.
Keçən il də Ramazan ayı pandemiya dövrünə təsadüf etmişdi. Ümumiyyətlə, pandemiya dünyada hələ səngiməyib, atdığımız addımlara gərək fikir verək. Sənin ibadətin başqalarına ziyan gətirməməli, xəstəlik yaymamalı və təhlükə yaratmamalıdır. İftar süfrələrində xəstəlik yayılarsa, insanlar koronavirusa yoluxarsa, verilən bu iftar süfrəsi Allah dərgahında qəbul olunmayacaq, o insana günah yazılacaq.
Kəndlərdə, rayonlarda, bir çox bölgələrdə yas məclislərinin və yaxud toyların təşkil olunmasını eşidirik. İnsanların çoxu bu məclislərdə yoluxur, özünü gözləmir, ehtiyatsızlıq edir. Bu da bir çox adamın yoluxmasına və sonda da ölümə gətirib çıxarır. Artıq heç kəs deyə bilməz ki, tanışlarım arasında virusa yoluxan yoxdur. Allahımız da, dinimiz və peyğəmbərimiz də deyir ki, özünüzü qoruyun, insanlara fəsad yaratmayın. Biz bir-birimizin sağlamlığına zaminik. Bunun üçün gərək diqqətli olaq, xüsusən də TƏBİB və həkimlərin dediyi məsləhətlərə əməl edək və qanunları pozmayaq”.
Aytən Məftun
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ


































