Sosial
“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu əyani mərhələni uğurla başa vuran 728 iştirakçısının məlumat (CV) bazasını yaradıb.
Publika.az xəbər verir ki, məlumat bazasının hazırlanmasında məqsəd iştirakçılara yeni karyera imkanlarının yaradılmasında köməklik göstərmək, onlara müvafiq iş istiqamətlərində dəstək olmaqdır.
728 iştirakçıdan 630-u kişi, 98-i qadındır. İştirakçıların böyük əksəriyyəti yerli ali təhsil müəssisələrində, 45 nəfəri bakalavriat, 105 nəfəri magistratura səviyyəsi üzrə xaricdə təhsil alıb. İştirakçılar arasında 16 fəlsəfə doktoru, 1 elmlər doktoru, 4 dosent, 1 professor var. 510 nəfər müxtəlif dövlət və özəl qurumlarda rəhbərlik təcrübəsinə malikdir, onlardan 73 nəfəri 10 ildən artıq, 5 nəfəri isə 20 ildən çoxdur rəhbər vəzifələrdə çalışır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi hazırda 309 iştirakçısı ilə birgə yarımfinal mərhələsinə hazırlığını davam etdirir. Hazırlıq çərçivəsində iştirakçılar üçün onlayn görüşlər və ekspertlər qrupu ilə birlikdə təlimlər təşkil olunur. Bu görüşlərin keçirilməsində məqsəd yarımfinalçıların bir-birilərini və müsabiqə təşkilatçılarının iştirakçıları yaxından tanıması, onların bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda, yarımfinal mərhələsinə hazırlığını təmin etməkdir. Yarımfinalda iştirakçıların idarəçilik bacarıqları yoxlanılacaq və bu mərhələ 3 gün davam edəcək. 100-ə yaxın iştirakçı final mərhələsinə keçmək hüququ qazanacaq.
“Yüksəliş” müsabiqəsi Prezident cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

